Şəhərlərarası və rayonlararası hərəkət bərpa edildi

25 yanvar saat 00:00-dan etibarən şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir.
BAKU.WS-in məlumatına görə, həmçinin ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);muzey və sərgi zallarının fəaliyyətinə icazə veriləcək. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə aprelin 1-dək tətbiq olunacaq.
Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə və sosial məsafə saxlamaq məcburidir.
Oxşar xəbərlər
Bu gündən sərt karantin rejimi yumşaldıldı
Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Ope...