SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

BAKU.WS xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da peyvənd olunub.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramin Bayramlı ilə yanaşı Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva da koronavirusa qarşı peyvənd olunublar. Onlar Bakı Sağlamlıq Mərkəzinə gəliblər.

Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediləcək. İkinci mərhələdə isə 50 yaşdan yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.

BAKU.WS