SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində iki tibb müəssisəsində vaksinasiya üçün xüsusi otaqlar yaradılıb. Abbas Səhət adına 1 saylı və 2 saylı poliklinikalarda vətəndaşların peyvənd olunması prosesi həyata keçiriləcək.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hər iki tibb müəssisəsində 5 otaq olmaqla ümumilikdə 10 ayrıca otaqlar hazırlanıb.

Artıq peyvənd prosesinin necə təşkili ilə bağlı bütün lazımi tədbirlər hazırlanıb. Vaksinasiyadan sonra halı pisləşə və ya allergik reaksiya yarada biləcək xəstələr üçün də xüsusi otaq yaradılıb.

Söhbət təcili yardım otaqlarından gedir. Təcili tibbi yardıma ehtiyac duyacaq vətəndaşlar üçün yardım vasitələri sırasında şok əleyhinə dərmanlar da var.

Bu otaqlarda gün ərzində 100 - xəstənin peyvənd edilməsi mümkündür.

Vaksinasiya tədbirləri tək dövlət müəssisələrində həyata keçirilməyəcək. İlkin məlumata görə, özəl tibb ocaqlarında da xüsusi peyvənd otaqları yaradılcaq.

BAKU.WS
QALEREYA