SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyada COVID 19 infeksiyasının ard-arda iki dəfə mutasiyaya uğraması Avropa qitəsində insanlar arasında müəyyən narahatlığa, hətta bəzi ölkələrdə təşvişə səbəb olub. Bəs mutasiyaya uğramış virus həqiqətən belə təhlükəlidir? Bunu mütəxəssislərdən soruşaq.

Koronavirusun mutasiyaya uğraması onun öldürülük qabiliyyətini daha da aşağı salır.

Son günlər Böyük britaniyada COVID-19 virusunun ardıcıl iki dəfə mutasiyaya uğraması haqda yayılan xəbərlər cəmiyyətdə müəyyən narahatlıqlar doğurub. Avropalı alimlərin fikrincə yeni virusun yoluxuculuq risqi əvvəlkinə görə daha çoxdur. Bu səbəbdən Birləşmiş Krallıqda insanlar ciddi təşvişə düşüb. Hətta avropa ittifaqına üzv olan əksər ölkələr Böyük Britaniya ilə hava məkanını bağlayıb.

Həkim Qabil Əsədov deyir ki, virusun mutasiya etməsi təbii prosesdir və əgər onun yoluxuculuq qabiliyyəti artıbsa, demək infeksiyanın təhlükəliyi getdikcə azalır.

Mutasiya edən virusun digərləri ilə müqayisəsinə gəldikdə isə. Qabil Əsədovun sözlərinə görə, koronavirus infeksiyası tez-tez mutasiyaya uğrayaraq, təhlükəlilik dərəcəsi tədricən həyatımızdakı digər viruslar kimi minimum həddə enəcək.

BAKU.WS
VİDEO