Bərbərxana və gözəllik salonları işləyəcək? - RƏSMİ

Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra əhalini ən çox maraqlandıran məsələlərdən biri də bərbərxana və gözəllik salonlarının işləyib-işləməməsi ilə bağlıdır.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarının 1 nömrəli əlavəsinə əsasən müəyyən sahələrin fəaliyyətinə icazə verilib. Lakin həmin qərarda bərbərxana və gözəllik salonlarının fəliyyət göstərəcəyi qeyd olunmayıb.
Buradan da belə nəticəyə gəlmək olar ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bərbərxana və gözəllik salonları işləməyəcək.
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin sərtləşdirildi - VİDEO - RƏSMİ
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərargahdan BAKU.WS-ə daxil olan məlumatda deyilir: “Dünya ictimaiyyətinin üz...
