Sərtləşdirilmiş karantin rejimində bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI

Sərtləşdirilmiş karantin rejimində bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI
Sosial 11114

Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən fəaliyyət sahələrinin siyahısı açıqlanıb.

Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

1. Səhiyyə və sosial xidmət sahələri üzrə:1.1. elmi-tədqiqat və laborator xidmətləri;1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;1.3. baytarlıq xidmətləri;1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;1.5. sosial xidmətlər;1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslərüçün baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı,enerji paylanması);2.2. elektrik enerjisinin istehsalı və təchizatı;2.3. su təchizatı və meliorasiya;2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;3.3. logistika xidmətləri;3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat sahələri üzrə:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət;4.3. neft avadanlıqları və qurğularının istehsalı;4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;4.6. kimyəvi məhsulların istehsalı;4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;4.8. əkinçilik və məhsul yığımı;4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;4.11. metallurgiya sənayesi üzrə fəaliyyət;4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;4.13. mühəndislik və layihələndirmə xidmətləri;4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;4.15. qablaşdırma məhsullarının istehsalı;4.16. daş, metal və taxta məhsullarının istehsalı;4.17. mebel istehsalı və təmiri;4.18. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar);5.2. apteklər;5.3. yanacaq doldurma məntəqələri;5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;6.2. poçt xidmətləri;6.3. kimyəvi təmizləmə;6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;6.5. avtomobillərin təmiri;6.6. avtomobil yuyulma məntəqələri;6.7. heyvan sığınacaqları;

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;8.2. investisiya şirkətləri, fond birjaları;8.3. sığorta təşkilatları;8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

11. Otellərin fəaliyyəti.

12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.

Son xəbərlər