VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxan deputat Rəşad Mahmudov sağalıb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə R.Mahmudov özü bildirib.

O deyib: “Allahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVİD müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür.

1. Kontrol edilməyən qorxu və stres,

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi,

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması...

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır.

Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm. Mən ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (ağızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum odur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”.

BAKU.WS