SİZİN REKLAM BURADA!
055 213 76 73


Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

BAKU.WS TƏBİB-ə istinadən xəbər verir ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKU.WS