Şənbə-bazar günləri taksilər işləməyəcək

19
noy
2020
16:54
Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı “Report”a təsdiqləyib.
Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı taksi xidməti də fəaliyyət göstərməyəcək.
Oxşar xəbərlər
Bu gündən noyabrın 16-dək Bakıda daha bir qadağa qüvvəyə minir
Bu gündən noyabrın 16-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, S...
