VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 67392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16516 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9592, ötən müddət ərzində isə ümumilikdə 1457177 test aparılıb.

BAKU.WS