Azərbaycanda 1465 nəfər koronavirusa yoluxub - 17 nəfər vəfat edib

06
noy
2020
17:03
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257 nəfərdir.
Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.
Oxşar xəbərlər
COVID-19 geri qayıdır - Qaydalara riayət etmək lazımdır!
Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət mənfi tendensiyaya doğru dəyişir. Dünən koronavirusa yoluxanların sayı 500-ü ötüb. Belə ki, Azərbaycanda Co...
