Slovakiyada Azərbaycan himnini oxuyan qadın kimdir?
09
sen
2024
08:11
Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikasının himnini canlı ifa ilə səsləndirib.
Offsideplus.az xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir.
O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.
Qeyd edək ki, A. Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.
Oxşar xəbərlər
Ferdi Kadıoğlunun qolu "Brayton"a qələbə qazandırdı - VİDEO
İngiltərə Kuboku çərçivəsində keçirilən "Brayton" - "Vulverhempton" oyununda Ferdi Kadıoğlu meydana daxil olduqdan 3 dəqiqə sonra fərqlənib. "Brayton"un heyəti...