Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar "Instagram" hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
"Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!
Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri çərçivəsində Bak...