"Barselona" rəhbərliyi heyətdəki ən çox maaş alan futbolçudan narazıdır - Ucuza da olsa satılacaq
"Barselona" rəhbərliyi hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonqun onunla müqavilənin uzadılmasına məhəl qoymamasından narazıdır və onun oyun keyfiyyətindən də qıcıqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Məlumata görə, klub müqavilənin uzadılması ilə bağlı mübahisəli vəziyyətdən sonra futbolçunu öz sıralarında görmək istəmir. Qeyd olunur ki, "Barselona" 2025-ci ilin yayında de Yonqu ən azı aşağı qiymətə satmaq üçün əlindən gələni edəcək.
Hazırda, De Yonq klubda ən yüksək maaşa sahibdir. Bu amil klubun futbolçuları qeydiyyata almasına və transfer bazarında hətta kiçik əməliyyatlar aparmasına mane olur.
Xatırladaq ki, hollandiyalı yarımmüdafiəçi 2019-cu ilin yayında "Ayaks"dan 86 milyon avroya "Blauqrana" düşərgəsinə keçib. Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 45 milyon avrodur.
Oxşar xəbərlər
Tofiq Bəhramovun nəvəsinə babasının adını daşıyan stadionda vəzifə verildi
Tofiq Bəhramovun nəvəsi yeni vəzifəyə təyin olunub. BAKU.WS-in məlumatına görə, o, babasının adını daşıyan Tofiq Bəhramov adına Respublika Stadionuna direktor m...