Kloze Mahirin 4-cü qolundan sonra: "Qürur duyuram"

Kloze Mahirin 4-cü qolundan sonra: Qürur duyuram
Foto
İdman 3514

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasında yeni səhifə açaraq Almaniyada "Nürnberq" klubunda uğurlu çıxışlarını davam etdirir.

BAKU.WS-in məlumatına görə, M.Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçında 4-cü qoluna imza atıb.

Matç zamanı bir neçə epizodda fərqlənə bilməsə də 63-cü dəqiqədə baxımlı qola imza atan Mahir həm baş məqşçi Miroslav Kloze, həm də yerli azarkeşlərin sevgisini qazanıb.

Qeyd edək ki, hücum xəttindəki ustalığı, komanda ruhuna verdiyi töhfələr futbolçuya rəğbət qazandırıb.

Emrelinin Almaniya klubundakı uğurunu göstərən əsas məqamlardan biri onun çempionat oyunlarında sərgilədiyi yüksək performansdır. Belə ki, 2-ci Bundesliqada rəqib qapılarına təhlükəli hücumlar təşkil etməsi və vacib qol imkanlarını reallaşdırması ilə ön plana çıxır. Mahir Emreli artıq yerli çempionatda 4 oyuna 4 qol vurmağı bacarıb.

Onun son oyununda vurduğu mühüm qol, xüsusilə də "Hamburq" kimi güclü komandaya qarşı hesabı bərabərləşdirən qolu, yerli mətbuatın da diqqətini çəkib. Almaniya mətbuatı onun sol ayağı ilə matçın 63-cü dəqiqəsində vurduğu qoluna böyük yer verib.

Xüsusilə matçdan sonra baş məşqçi Mirozlav Klozenin komandası barədə müsbət fikirləri tirajlanıb: "Biz bir xala görə çox məmnunuq. Onu deyim ki, düzgün yoldayıq. Klubu izləmək yenidən zövq verir. Bu da bizim məqsədimizdir. Komandamızın belə oyun nümayiş etdirməsinə görə qürur duyuram".

Karyerasına Azərbaycanda başlayan və "Qarabağ"da uğurlu oyunu ilə fərqlənən Mahir Emreli, daha sonra Polşanın "Legia Varşava" və Xorvatiyanın "Dinamo Zaqreb" komandalarında da top qovub.. Onun "FC Nürnberq"də bu uğurları davam etdirməsi və xüsusən də azarkeşlər tərəfindən alqışlanması, Emrelinin klubdakı uğurlu çıxışına stimul verir.

Məhz buna görədir ki, azərbaycanlı forvard "Hamburq"la matçdan sonra fanatlara təşəkkür edib: "Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm".

Orxan Hüseyn

Son xəbərlər