Zəfər Günü ilə bağlı Şuşada atəşfəşanlıq olacaq
8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.
Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.
Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.
Oxşar xəbərlər
Sabahdan məktəblilərin 17 günlük tətili başlayır
Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 n...