TƏBİB: COP29 çərçivəsində tibb müəssisələrin hər birinə baxış keçirilib
30
okt
2024
15:42
COP29 çərçivəsində tibb müəssisələrin hər birinə baxış keçirilib.
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 488 nəfərə beynəlxalq konfrans çərçivəsində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün təlimlər keçirilib( həkim, orta tibbi işçiləri, sürücülər) 331 nəfərə isə dil kursu keçirilib.
V.Qurbanov qeyd edib ki, TƏBİB zəruri tibbi xidmətləri göstərmək üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.
COP29 (Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
Oxşar xəbərlər
Maşınların girişinə qadağa qoyulan Əziz Əliyev küçəsi
Xəbər verdiyimiz kimi Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb....