Sökülən evlərə görə kompensasiya məbləği 4 min manat olsun

Sökülən evlərə görə kompensasiya məbləği 4 min manat olsun
Foto Açıqlama
Sosial 1492

Bakıda bəzi ərazilərdə fərdi yaşayış evləri və köhnə binalar sökülərək yerində yeni parklar salınır və tikililər inşa olunur.

BAKU.WS-in məlumatına görə, bu proses şəhərin müasir standartlara uyğun inkişafı, köhnəlmiş yaşayış sahələrinin yenilənməsi və daha təhlükəsiz mühitin yaradılması məqsədini daşıyır.

Söküntü proqramları çərçivəsində sakinlərə müxtəlif variantlar təklif edilir. Bəzi hallarda sakinlərə əmlaklarının dəyərinə uyğun olaraq pul kompensasiyası ödənilir. Bu kompensasiya ilə vətəndaşlar öz istəklərinə uyğun başqa yerdən mənzil almaq məcburiyyətində qalırlar. Digər hallarda isə sakinlərə tikilməkdə olan yeni binalardan mənzillər təqdim olunur. Bu mənzillər adətən daha geniş və müasir şəraitlə təchiz edilir.

Sakinlərə təklif olunan kompensasiyanın məbləği bəzən vətəndaşları qane etmir. Onlara təklif olunan 1500-2000 manat kompensasiya məbləği onlara yeni mənzil almaq üçün kifayət etmir. Nəticədə sakinlərlə ərazidə söküntü işləri aparan adiyyəti qurum və ya podratçı şirkət nümayəndələri arasında mübahisələr ayaranır.

Bəs, söküntü aparılan ərazilərdə vətəndaşlara nə qədər kompensasiya verilməlidir? Bu məbləğ nə qədər olmalıdır ki, mübahisələrə son qoyulsun?

Bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, kompensasiyanın məbləği ilə bağlı konkret rəqəm söyləmək bir qədər çətindir: "Bu ərazidən, tikintinin vəziyyətindən və sənədlərdən asılı olaraq dəyişə bilən bir rəqəmdir. Bununla bağlı hər hansı bir rəsmi qərar və yaxud təsdiq olunmuş bir sənəd də mövcud deyil.

Müvafiq icra hakimiyyəti orqanları bəzi hallarda qiymətləndirmə aparılarkən əvvəlki dövrlərdə verilmiş rəqəmləri analoq qiymət kimi götürür, buna əsaslanır və buna uyğun olaraq vətəndaşlara kompensasiya təklif edir. Hesab edirəm ki, bu, doğru deyil. Çünki mövcud qanunvericilikdə dövlət ehtiyacları üçün alınmada və sair istiqamətlərdə vətəndaşdan alınan əmlakın dəyərinin ödənilməsi məsələsi birmənalı olaraq qeyd olunur. Əmlakın dəyəri müvafiq dövrə ərazi üzrə müəyyən olunmuş bazar qiymətlərinə əsaslanaraq ödənilməlidir".

Ramil Osmanlı qeyd etdi ki, 1500-2000 manat rəqəmi təqribən 10 il əvvəl bazarda aktual olan və bu gün kifayət qədər aktuallığını itirmiş rəqəmlərdir və buna əsaslanmaq olmaz: "Bəzi ərazilər üzrə kompensasiya məbləği bu rəqəmlərdən iki dəfə çox (3000-4000 AZN) olmalıdır.

Bu gün Bakıda hətta Koroğlu və Qara Qarayev metrosunun yaxınlığında belə təmirsiz bir kvadratmetr mənzili 2000 manata almaq mümkün deyil. Bu halda vətəndaşın əmlakının alınmasına görə ödəniləcək 2000 manat ədalətsiz yanaşma olardı. hökumət də qiymətləndirmə aparılarkən

Son illərdə daha çox oturuşmuş, aktual olan bir istiqamət də var. Bu daha çox əvəzləşdirmə ilə bağlıdır. Hansı köçürmə ərazilərində ki binalar tikiləcəksə, bu ərazilərdə vətəndaşlara kompensasiya ödənilməsi əvəzinə, daha çox onların mənzillərin əvəzləşdirilməsi məsələsi aktual olur. Hesab edirəm ki, doğru yanaşma da bundan ibarətdir".

Orxan Hüseyn

Son xəbərlər