Sərnişindən ŞİKAYƏT: "Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur"
Sərnişin 525 nömrəli marşrut xəttində işləyən 99-LF-628 dövlət nömrə nişanlı avtobusundan şikayətçidir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, onun şikayətinə səbəb sözügedən avtobus sürücüsünün uşaq arabası ilə nəqliyyat vasitəsinə minməsinə icazə olmadığını bildirməsi olub.
"İctimai nəqliyyatda başıma çox qəribə bir hadisə gəldi. Mən uşaqlı idim. Uşağın da arabası var idi. 525 nömrəli marşrut üzrə işləyən avtobusa minmək istəyəndə sürücü uşaq arabası ilə minməyə icazə olmadığını bildirdi. Biz etiraz edəndə dispetçer də gəlib icazə olmadığını dedi. Necə olur ki, metroda, "BakuBus"da buna heç kim heç nə demir, amma digər marşrut xətlərində avtobusa uşaq arabası ilə minə bilmirik? Mən bunu deyəndə heç nə demədilər, mindim. Lakin düşəndə məndən artıq gediş haqqı istədilər ki, bəlkə çox verəsən?" - deyə sərnişin qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Avtomobil bazarında qiymətlər bu tarixdən BAHALAŞACAQ
Nazirlər Kabinetinin (NK) 2023-cü ildə qəbul etdiyi qərara əsasən, istehsal tarixi 10 ildən artıq olan minik avtomobillərinin ölkəyə gətirilməsi qadağan edilib....