Sabah Bakının 3 qəsəbəsində su kəsiləcək
25
sen
2024
17:21
Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə BAKU.WS Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.
Qurum narahatlığa görə abonentlərdən üzr istəyir.
Oxşar xəbərlər
Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR
Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb. Hadisənin məktəbdə aparılan dezinfeksiya tədbirlər...