TUSAŞ rəhbəri: Azərbaycanın "Su-25" təyyarələrinin modernizasiyası tamamlanır
Azərbaycanın "Su-25" təyyarələrinin modernizasiya prosesi tamamlanır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ADEX-2024 silah sərgisində iştirak edən Türkiyənin TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlıu "Anadolu"ya müsahibəsində deyib.
O bildirib ki, modernizasiyanın birinci mərhələsi başa çatıb: "İkinci mərhələ isə davam edir. Yaxın gələcəkdə proses başa çatacaq".
M.Demiroğlu, həmçinin söyləyib ki, Azərbaycan Türkiyənin "Hürkuş" təyyarələri ilə yaxından maraqlanır: "Bu layihə ilə bağlı bir çox icazə tamamlanıb. Sadəcə, bir neçə addım qalıb. Onu da bir neçə aya tamamlayacağıq. Bundan sonra, gələn ilin əvvəlində "Hürkuş" Azərbaycan səmasında uçacaq".
TUSAŞ rəhbəri deyib ki, Azərbaycan və Türkiyə "iki dövlət, bir millət" şüarı ilə hərəkət edir: "Bizim nəyimiz varsa, onlar həm də Azərbaycanındır. Birlikdə çalışmaq üçün əlimizdən gələni edirik və edəcəyik. Bu sərgidə iştirak etməkdən məmnunam. Həm TUSAŞ, həm də Azərbaycan üçün gözəl günlər gözlənilir".
Oxşar xəbərlər
Bu beş bürc çox QƏDDARDI
Bəzi bürclərə aid olan insanlar daha yumşaq, empatik olarkən, digərləri daha sərt və ya hətta "qəddar" xasiyyətlə tanına bilər. BAKU.WS ən qəddar bürclər və on...