Quba və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 17-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə küləkli hava şəraiti müşahidə olunub.
Xidmətdən BAKU.WS-ə bildirilib ki, ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü: Qubada 3 sm, Xınalıq, Şahdağ, Gədəbəyin dağlıq ərazilərində 1 sm olub.
Göygöldə 7 mm, Qax (Sarıbaş), Daşkəsəndə 3 mm, Ağstafa, Şahbuzda 2 mm, Naftalan, Gəncə, Goranboy, Culfa, Zaqatala, Balakən, Şəki, Quba, Tərtər, Bərdə, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Ağdam, Xaltan, Şabran, Şirvan, Altıağac, Naxçıvan, Şərurda 1 mm-dək yağıntı qeydə alınıb.
Noyabrın 16-sı axşam saatlarında ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından tədricən 8-13 m/s-dək mülayimləşib.
Altıağac, Şamaxı, Qusar, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 3, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı
Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb. Oxu.Az xəbər verir ki, təmir nəticəsində burada...