Müdafiə Nazirliyində struktur dəyişikliyi: Anar Eyvazov idarə rəisi oldu
17
sen
2024
16:41
Müdafiə Nazirliyində Mətbuat Xidməti ləğv edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədi ilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.
İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi Mətbuat Xidmətinin rəisi idi.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...