Meymunçiçəyi virusuna yoluxub evdə müalicə olunmaq olar? - Həkim açıqladı

Meymunçiçəyi virusuna yoluxub evdə müalicə olunmaq olar? - Həkim açıqladı
Sosial 165

4 gün öncə Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib. Məlumdur ki, xəstəlik bədəndə səpkilər, əzələ ağrıları, halsızlıq, hərarət, limfa düyünlərinin böyüməsi kimi simptomlarla müşaiyyət edilir.

Bəs görəsən, meymunçiçəyi virusu yoluxan şəxs sağaldıqdan sonra onun orqanizmində hansısa fəsadlar buraxırmı? Xəstə ilə təmasda olan şəxs daşıyıcı sayıla bilər?

İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı BAKU.WS-in bu və digər suallarını cavablanıdıb.

O, bildirib ki, meymunçiçəyi xəstəliyi ona yoluxan şəxs sağaldıqdan sonra orqanizmində heç bir fəsad buraxmır. Sadəcə səpki və yaraların izləri çapıqlaşaraq qala bilir. İzlər isə elə də çox gözə çarpmır, vaxt keçdikcə daha da azalır. Yalnız diqqətlə fikir verdikdə bilinir.

İnfeksionist həmçinin onu da qeyd edib ki, Meymunçiçəyinə yoluxma zamanı ağırlaşmalar - beyinin və ağciyərin iltihabı ola bilər.

"Meymunçiçəyinə yoluxma zamanı müalicə yalnız xəstəxana şəraitində izaliyasiya otaqlarında olmalıdır. Virusa yoluxmuş şəxslə təmasda olan biri daşıyıcı hesab edilə bilməz. Ya həmin adam xəstəliyə yoluxmalı, ya da ümumiyyətlə sağlam olur", - deyə M. Əliyev qeyd edib.

Xatırladaq ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Son xəbərlər