AZAL-ın təyyarə qəzasından sağ çıxan Səlihət Ceerova 17 yaşını belə qeyd etdi
AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ qurtulan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.
"Xəstəliyə məğlub olanlarımız üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyatda qalanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi "Yeni Klinika"da 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik", - deyə N.Allahyarova bildirib.ğ
Qeyd edək ki, ötən ilin dekabrın 25-də (AZAL) QSC-yə məxsus Bakı-Qroznı "J2-8243" nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü olub.
Oxşar xəbərlər
Mənzil almaq istəyənlər üçün VACİB XƏBƏR - "Kotlovan"dan satılan evlər...
Azərbaycanda yeni tikililərdəki mənzillərin təməl mərhələsində (kotlovan) qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bunu "Report"a "Azərbaycan Qiymətləndiricilər C...