Metroda bunu edənlər 200 manat CƏRİMƏLƏNƏCƏK
21
yan
2025
12:08
Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.
BAKU.WS xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb.
Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərindən pis qoxu gəlir - Səbəbi bilinmir
Bakının bəzi ərazilərində məlum olmayan pis qoxu yayılıb. Milli.Az xəbər verir, paytaxt sakinləri deyirlər ki, bir neçə gündür hiss olunan qaz qoxusu hələ də çə...