Kərə yağının qiymətində kəskin artım - 27 AZN-ə qədər...
25
okt
2024
10:48
Son günlər ölkədə kərə yağının bahalaşması müşahidə olunur.
BAKU.WS Baku TV-ə istinadən xəbər verir ki, bütün kərə yağı markalarının qiymətində artım qeydə alınıb.
Satıcı bildirib ki, hazırda satışda kərə yağı 19 manatdan başlayaraq 27 manata qədər satılır. Əvvəl isə bu qiymət 16 manatdan başlayırdı.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ölkədə kərə yağına tələbatın ödənilməsində idxaldan asılılıq böyükdür. Bu səbəbdən də dünya bazarındakı qiymətlər Azərbaycana da təsirsiz ötüşmür.
Oxşar xəbərlər
Bəzi valideynlər uşaqlarına qəribə adlar qoymaq istəyiblər
Bu il ölkəmizdə 3 nəfər övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib. Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova "Xəzər Xəbər"ə aç...