İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi: Başqa görüşdə də qırmızı istilik sobası olub
Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.
Görüşdəki fotolarda həmin zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması müzakirələrə səbəb olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, icra başçısı Əkbər Abbasovun qalmaqala səbəb olan görüntüləri Lerik Rayon İcra Hakimiyyətinin saytından silinib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 4 dekabr 2024-cü ildə Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sakinlərlə görüş keçirərkən orada da onun isinməsi üçün qırmızı istilik sobası qoyulub.
İcra başçısı hər iki görüşdəki fotolarını saytdan yığışdırıb.
Oxşar xəbərlər
Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiq...