Azərbaycanlı həkimlər Qırğızıstan vətəndaşının həyatını xilas etdilər
Həkimlər paytaxtdakı xəstəxanalardan birinə huşsuz vəziyyətdə yerləşdirilən Qırğızıstan vətəndaşı Mirbek İdrisovun həyatını xilas ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə o özü bildirib. Sözügedən şəxs video yayaraq onu həyata qaytaran Sabunçu Tibb Mərkəzinin həkimlərinə təşəkkür edib.
"Təyyarə ilə Bişkekə uçurdum. Transferdən əvvəl huşumu itirdim, başıma nə gəldiyini xatırlamıram, bütün personala təşəkkür edirəm".
Məlumat üçün bildirək ki, 1976-cı il təvəllüdlü Mirbek İdrisov 24.12.2024-cü il tarixində dəqiqləşdirilməmiş qıcolma tutulmaları, ürəyin qəflətən dayanması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardımlar göstərilib və yaxşılaşma ilə ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabil qiymətləndirilib.
Oxşar xəbərlər
Bakıda yolun təmiri vətəndaşları çıxılmaz hala salıb
Bakının Nərimanov rayonu ərazisində bir neçə müddətdir yol bərbad vəziyyətdədir. Ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib,...