Göyərçin yemləyənlərin cərimələnməsini təklif etdi
07
noy
2024
16:24
Millət vəkili Sahib Alıyev göyərçinləri yemləyənlərin cərimələnməsini təklif edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, deputat bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
O bunu quşların infeksiya daşıması ilə əlaqələndirib.
Həmkarı Qüdrət Həsənquliyev isə bu təklifə etiraz edib: "Mən və ailə üzvlərim həyətdə 15 pişik saxlayırıq, onlara yemək veririk və bir çoxunu peyvənd etdiririk. O quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq".
Oxşar xəbərlər
DSX zabiti: Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar
Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. BAKU.WS xəbər verir ki, bu sözləri report-un Qazaxa ezam olunmuş əməkdaşı...