"Global Media Group" beynəlxalq ekoloji aksiyaya qoşuldu

Global Media Group beynəlxalq ekoloji aksiyaya qoşuldu
Foto
Sosial 137

"Global Media Group" beynəlxalq ekoloji aksiyaya qoşulub.

BAKU.WS xəbər verir ki, "Global Media Group" və onun tərkibində olan qurumlar - "Global Management", Oxu.Az, Baku TV, Baku.ws, "Report" İnformasiya Agentliyi, "Kaspi" qəzetinin Azərbaycan və rus redaksiyası, Media.Az "Coca-Cola"nın təşkilatçılığı və ölkənin özəl sektor, dövlət qurumları, qeyri-hökumət təşkilatları və könüllülərin iştirakı ilə Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 21-də Novxanı çimərliyində "Xəzəri qoruyaq" şüarı ilə keçirilmiş ekoloji aksiyaya qoşulub.

Hər il sentyabr ayında bütün dünyada təşkil edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsi üçün həyata keçirilən ən böyük qlobal ekoloji hərəkatlardan biridir.

"İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və təbii ehtiyatların sürətlə tükənməsi kimi problemlərlə üzləşdiyimiz bir dövrdə bütün səviyyələrdə proaktiv hərəkətə keçməyin zəruriliyinin fərqindəyik. "Global Media Group" olaraq biz iş dünyasında üzərimizə götürdüyümüz vəzifələri ekoloji şüurla birləşdirir və davamlılıq siyasətlərimizi atdığımız hər addıma inteqrasiya edirik. Əməkdaşlarımızla birlikdə Xəzər dənizinin sahillərini təmizləməklə təbiəti qorumaq, daha təmiz və sağlam gələcək üçün maarifləndirmə işlərimizə öz töhfəmizi veririk", - deyə "Global Media Group"un idarə heyətinin üzvü Rövşən Nizamov vurğulayıb.

Qeyd edək ki, "Global Media Group" 2017-ci ildən fəaliyyət göstərən media-holdinqdir. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

BMT-nin Qlobal Sazişinin üzvü olan "Global Media Group" öz korporativ sosial məsuliyyət siyasətində ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra vacib addımlar atır.

"Global Media Group" haqqında ətraflı məlumat əldə etmək üçün https://gmg.az saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook" | "Instagram" | "LinkedIn") müraciət edə bilərsiniz.

Son xəbərlər