Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş zamanı qurum rəsmiləri İsveçrə ilə baş tutacaq vacib oyun öncəsində yığma üzvlərinə mənəvi dəstək olublar.
Federasiya prezidenti Emin Əmrullayev milli komandanın Azərbaycanın basketbol tarixində yeni uğurlar qazanmaq potensialına malik olduğunu vurğulayaraq, basketbolçularımızın ölkəmizi layiqincə təmsil etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyun noyabrın 24-də, saat 14:00-da start götürəcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...