Tonlarla meyvənin satıldığı sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı

Baku TV Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazardan reportaj hazırlayıb.
Bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir.
Əvvəllər qapı-qapı gəzib meyvə alan alıcıların sözlərinə görə, indi işləri xeyli asanlaşıb.
"Qiymətlər keçən ilə baxanda çox münasibdir. Əvvəllər bir az baha idi, bu il eniş var", - Tovuzdan gələn alıcı deyib.
Gün ərzində ən azı 40 ton mandarin, 20-30 ton feyxoa satdığını söyləyən satıcı Rahid Tağıyevin sözlərinə görə, subtropik meyvələrin satışı sentyabrda başlayır, mart ayına kimi davam edir:
"İstər Türkiyədən, istərsə də İrandan gələn məhsul olsun, bunun dadını vermir. Allah elə bil ki, subtropik meyvələri bizim zona üçün yaradıb".
Daha ətraflı videomaterialda:

Oxşar xəbərlər
Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki açıqlandı
Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər. BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (AD...