Deputat: "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir"
"Qadınlar daha çox fiziki zorakılığa məruz qalırlar, məişət zorakılığına yox. Çünki bir çox hallarda qadınlarımız özləri ailədə həyat yoldaşlarına, uşaqlarına qarşı dözülməz vəziyyət yaradırlar".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə bir çox hallarda insanlar büdcəni nəzərə almadan ailə qururlar, sonradan müəyyən maliyyə problemləri yaranır və bu da ailədə əlavə gərginliklərə yol açır:
"Yəni sosial vəziyyət də məişət zorakılığını doğuran səbəblərdən biridir. Qadınlar da adətən belə hallarda hüquq-mühafizə orqanlarına müraciət etməsələr də, valideynlərinə xəbər verir, valideynləri də müvafiq tədbir görür, hüquq-mühafizə orqanlarına müraciət edirlər. Kişilər isə mental məsələlərə görə bunu səsləndirmir və daha çox əziyyət çəkirlər. Ona görə də təklif edirəm ki, bu kimi hallarda psixoloqların iştirakından geniş istifadə qanunvericilikdə nəzərdə tutulsun".
Oxşar xəbərlər
Kredit almaq istəyənlərə ŞAD XƏBƏR - Faizlər endirilir
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda millət vəkilləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyev...