Bulvarın "Mirvari"si fəaliyyətini bərpa edib
İki illik fasilədən sonra bu gün "Mirvari" gəmisi fəaliyyətini bərpa edilib.
BAKU.WS xəbər verir ki üçmərtəbəli gəmidə 30-40 dəqiqə davam edən səyahət zamanı sərnişinlərə şəhərin gözəl mənzərələrini dənizdən izləmək imkanı yaradılıb. Maraqlıdır ki, gəminin istismar xərcləri artsa da, 2015-ci ildən bəri bilet qiymətləri dəyişməz qalıb. 6 yaşına qədər olan uşaqlar üçün səyahət ödənişsizdir. Bilet qiymətləri oturacağın yerinə və mərtəbəsinə görə 5-10 manat aralığında dəyişir.
Sərnişinlər "Mirvari" gəmisinə Dəniz Vağzalının qarşısındakı körpüdən minə bilərlər. Bu körpüdə suyun dərinliyi gəminin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradır.
Bu gün isə "Mirvari" gəmisinin ilk reysi jurnalistlər üçün təşkil olunub. Yeni marşruta uyğun olaraq, gəmi yalnız Dəniz Vağzalından hərəkət edəcək və mütəmadi olaraq turistik məqsədli reyslər həyata keçirəcək.
İki illik fasilədən sonra "Mirvari" gəmisi yenidən fəaliyyətə başladı, qiymətlər artırılmadı.
Bunu BAKU.WS-ə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib.
"Dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi.
Əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər "Sadko" körpüsünün yanından hərəkət edirdisə, yeni maaşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir. İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb. Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib. Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xdməti təmin edir."
Qalereya
Oxşar xəbərlər
Bakı metrosunda qatarların "Bakmil"ə hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək
Noyabrın 4-də "Bakı Metropoliteni" QSC-də qatarların "Bakmil" stansiyasına hərəkət cədvəli növbəti dəfə dəyişdiriləcək. BAKU.WS bu barədə səhmdar cəmiyyətinə is...