Bakıda havadan gələn xoşagəlməz qoxunun səbəbini müəyyənləşdirmək üçün xüsusi qrup yaradılıb - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün paytaxtın bəzi hissələrində havadan kəskin qoxu gəlib.
Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qoxu şəhərin müxtəlif ərazilərində, xüsusən də metronun "Əhmədli", "Həzi Aslanov" və "Xalqlar Dostluğu" stansiyalarının yaxınlığında hiss olunub.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanladıq.
Qurumun mətbuat katibi İradə İbrahimova BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, artıq bununla bağlı araşdırma aparılır:
"Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb. Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır", - deyə o, qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...