Bu istiqamətdə sürətli qatar istifadəyə veriləcək
Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.
BAKU.WS xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri aparılır.
R. Rüstəmov bildirib ki, Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir: "Balakənə yataq tipli vaqonlardan ibarət olan qatar istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir. Məsafə uzaq olduğuna görə insanlar yataq tipli vaqonlar istəyirlər. Buna görə məsələlərə hərtərəfli baxılır".
Xatırladaq ki, Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2 957,73 kilometr, istismar uzunluğu 2 137,34 kilometr, onun 807,39 kilometri qoşa yolludur.
ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.
Oxşar xəbərlər
COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək
Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək. Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumatda deyi...