Rusiya XİN: Bakı və İrəvanı qane edəcək həll yolu tapmağa çalışırıq
Cənubi Qafqazda logistika marşrutlarının açılması məsələsində Rusiya Azərbaycanı və Ermənistanı qane edəcək həll yolu tapmağa çalışır.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "NEWS.ru" sualını cavablandırarkən deyib.
O qeyd edib ki, Moskva nəqliyyat marşrutlarının açılması məsələlərində hərtərəfli yardım göstərməyə hazırdır:
"Biz artıq demişdik ki, nəqliyyat marşrutlarının açılmasından bütövlükdə bütün region faydalanacaq. Həmçinin Rusiya Baş nazirinin müavini, üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçukun bu məsələ ilə bağlı son şərhini də diqqətinizə çatdırıram.
O vurğulayıb ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür. Buna görə də biz bu istiqamətdə işləyirik".
Oxşar xəbərlər
BMT baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı yüksək qiymətləndirib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Bakıda olarkən COP29 Azərbaycan Əməliyyat Şirkətinin işçi heyəti...