Bu il qış sərt keçəcək? - AÇIQLAMA/VİDEO
Dünya Meteorologiya Təşkilatı bu ilin qış mövsümünün sərt keçəcəyi ilə bağlı proqnoz verib. Təşkilatın ekspertləri atmosferdəki dəyişikliklər və iqlim şəraitinin təsirləri nəticəsində, bir çox bölgədə temperaturun əhəmiyyətli dərəcədə aşağı olacağını proqnozlaşdırır. Bu proqnoz qış aylarında sərt hava şəraitinin və güclü qar yağışlarının baş verə biləcəyini göstərir.
BAKU.WS xəbər verir ki, məsələyə münasibət bildirən Coğrafiya İnstitutunun şöbə müdiri Həsən Nəbiyev "Xəzər Xəbər"ə deyib ki, iqlim proqnozu hava proqnozu deyil.
Onun sözlərinə görə, ölkəyə cənub siklonlarının daxil olması nəticəsində qışda qarın, yazda isə yağıntıların çoxalması baş verir.
O qeyd edib ki, bu il Azərbaycanda qışın nisbətən soyuq olması ehtimalı azdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçəcəyi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının Regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən hazırlanır.
Onun sözlərinə görə, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir.
Nazim Mahmudov əlavə edib ki, payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim ediləcək.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...