"28 May"ın qarşısında təmir işləri nə yerdədir?
Bir neçə aydır ki, metronun "28 May" metrostansiyasının qarşısında ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, burada böyük avtobus dayanacağı, eyni zamanda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobuslar üçün 2 şarj stansiyası, velosiped zolağı və fontanlar da olacaq.
Ərazidə işlərin, demək olar ki, 80% görülüb.
Parkdakı işlərin oktyabrın axırına qədər bitməsi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığını açıqlamışdı.
Son illər ərzində Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və prosses davam etməkdədir. Hazırda Bakı şəhəri ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır.
Qalereya
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...