ÜST baş direktoru: COP29-un açılış sessiyası çox yaxşı keçdi
12
noy
2024
15:59
Bakıda keçirilən COP29-un açılış sessiyası çox yaxşı keçdi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu konfrasda səhiyyə sahəsinə daha çox diqqət yetirilir, çünki iqlim böhranı həm də səhiyyə böhranıdır.
ÜST rəhbəri vurğulayıb ki, təhlillər pandemiyanın baş verməsinin insanlardan asılı olduğunu göstərir:
"Əgər biz hazırlaşsaq, qarşısını almaq üçün hər şeyi etsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".
COP29 (Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Oxşar xəbərlər
Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜ
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlə...