Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib.
"Report" xəbər verir ki, onun "X" sosial şəbəkəsində paylaşdığı şəkildə Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına 37 gün qaldığı qeyd olunub.
P.Mixalko bu gün səhər Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Yürüşdə iştirak edib.
O, bu tədbirdə çıxışı zamanı Azərbaycanı COP29-da sədrliyi münasibətilə təbrik edib, iqlim dəyişikliyi ilə bağlı belə mühüm qlobal konfransa hazırlıq istiqamətində ölkənin səylərini və görülən işləri yüksək qiymətləndirib.
Oxşar xəbərlər
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on ikinci günü haqqında reportaj hazırlayıb. Bildirilib ki, COP29 çərçivəsində açıqlama verən Almaniyanın xari...