Milli Məclis Prezident və Birinci xanıma Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb

Milli Məclis Prezident və Birinci xanıma Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Siyasət 49

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: "Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.

Son xəbərlər