Mikayıl Cabbarov Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Mikayıl Cabbarov Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Siyasət 40

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsində təbrik yazıb.

"Bu gün biz böyük qürur hissi ilə tarixi əhəmiyyət daşıyan - Dövlət Suverenliyi Gününü qeyd edirik.

Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun bir il öncə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi.

Dövlət Suverenliyi Günü münasibətilə təbriklərimizi çatdırır, daimi tərəqqi və firavanlıq arzulayırıq.

Vətən yolunda şəhid olanların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Yaşasın suveren Azərbaycan!" - deyə M.Cabbarov paylaşımında qeyd edib.

Son xəbərlər