BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib
BRICS sammitinin iştirakçıları Bakıda keçiriləcək COP29 konfransından tutarlı nəticələr gözləyirlər.
"Report" xəbər verir ki, bu barədə iştirakçı ölkələrin oktyabrın 23-də keçirilmiş sammitinin yekunları üzrə qəbul edilmiş Kazan bəyannaməsində deyilir.
"Biz Azərbaycanın COP29-u uğurla keçirəcəyi fikrinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşma, itki və zərərin qarşılanması sahələrində cari və gələcək milli fəaliyyət plnalarına və məqsədlərə nail olmaqda əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi sahəsində tutarlı nəticələr gözləyirik", - bəyannamədə qeyd olunub.
BRICS ölkələri həmçinin 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Braziliyanın bu tədbirin təşkilatçılığındakı aparıcı rolunu dəstəklədiklərini bildiriblər, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini alqışlayıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib. BAKU.WS paylaşımı təqdim edir: "Zəfər tariximiz - Kəlbəcərin Ermənistan işğalından azad...