Baş məşqçi "İnter"ə 0-5 uduzan futbolçularını bazaya qapadı
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın "Verona" klubunun baş məşqçisi Paolo Zanetti A Seriyasının 13-cü turunda "İnter"ə məğlubiyyətdən (0:5) sonra oyunçularını təlim-məşq bazasında bağlamaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, "Verona"nın rəsmi saytı məlumat yayıb.
"Düşünürəm ki, mənim oyunçularımın başında səhv olan nə isə var və onu həll etmək lazımdır. Buna görə də, məqbul oyun səviyyəsinə nail olana qədər biz qeyri-müəyyən müddətə bazada bağlı qalırıq".
Qeyd edək ki, Milan "İnter"i 28 xalla İtaliya çempionatının turnir cədvəlində üçüncüdür. "Verona" 12 xalla 14-cü yerdədir.
Növbəti matçda "Verona" "Kalyari" ilə qarşılaşacaq, oyun noyabrın 29-da baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...