Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb
Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.
BAKU.WS xəbər verir ki, tədbirin rəsmi açılış mərasimindən sonra "İqlim İmperativi - Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə", "Azərbaycanın enerji keçidi", "Şəhər Konteksti - Quraşdırılmış Ətraf Mühit, Risk və Davamlılıq", "Ağıllı Şəhərlər və Dayanıqlı İnfrastruktur - Davamlı Dizayn və İnşaatın Rolu", "Şəhər keçidinin maliyyələşdirilməsi - Yaşıl Maliyyə və İşləyən İnvestisiya Modelləri", "Neft və Qaz Sektorunda Enerji Keçidinin Sürətləndirilməsi" adı altında panel sessiyalar baş tutub.
Sessiyalarda müvafiq mövzular üzrə Azərbaycan və xarici ölkələrin rəsmiləri, müvafiq sahələr üzrə ekspertlər çıxış edib.
Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir.
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.
***09:51
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir.
BAKU.WS xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.
BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirir.
Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edir.
Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edəcək.
Qalereya
Oxşar xəbərlər
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on ikinci günü haqqında reportaj hazırlayıb. Bildirilib ki, COP29 çərçivəsində açıqlama verən Almaniyanın xari...