Azərbaycan Prezidenti: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir
Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.
BAKU.WS xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır.
"Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir", - Azərbaycan Prezidenti bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Hakan Fidanla regional və beynəlxalq təhlükəsizliyi müzakirə etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında dekabrın 27-də telefon danış...