Azərbaycan Prezidenti: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər
06
noy
2024
12:20
Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.
İlham Əliyev
COP29 (Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası)
Türk Dövlətləri Təşkilatı (TDT)
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm...