AZAL-ın prezidenti: Sağ qalan şəxslər günün ikinci yarısı ölkəyə gətiriləcək
Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi:
"Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin".
S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:
"Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək".
Oxşar xəbərlər
Dünya liderləri AZAL-ın Aktaudakı təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verir
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. BAKU.WS report-a istinadən xəbər...